Azərbaycanda məşhur istirahət mərkəzi yandı

İsmayıllıda oteldə yanğın hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, hadisə rayonun Diyallı-Talıstan dağları arasında yerləşən Qızılqaya istirahət mərkəzində qeydə alınıb.

Yanğın ümumi sahəsi 500 kv metr olan otelin istirahət güşəsində – sauna və basseyn hissəsində başlayıb. Nəticədə həmin ərazinin 100 kv metr hissəsi yanıb.

Hadisə yerinə FHN-nin İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmadığı bildirilib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki