İsmayıllıdan ÜZÜCÜ XƏBƏR – Ölən var

  İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Referans Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonunun Kürdeldarbəyli kəndi yaxınlığında baş verib.Həmin ərazidən Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki