İspaniyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR: asanlaşır

İspaniya hökuməti, qanunsuz miqrantların statusunu leqallaşdırmaq məqsədilə hazırlanan yeni qaydaları təsdiqləyib.

Referans Media xəbər verir ki, dəyişikliklər xüsusilə “Arraigo” (Kök Salma) kriteriyalarında inqilabi yenilikləri əhatə edir.

İcazə müddətləri qısaldılır

Yeni qaydaya görə, yaşayış icazəsi üçün tələb olunan davamlı yaşayış müddəti 3 ildən 2 ilə endirilib.

Hətta qanunsuz işləyən miqrantlar da iş əlaqəsini sübut edə bilsələr, artıq yalnız 1 il İspaniyada yaşadıqdan sonra müraciət edə biləcəklər.

İspan vətəndaşı olan uşaqların valideynləri və ya baxıma möhtac ispan yaxınları üçün isə yaşayış müddəti şərti ləğv olunub və prosedurlar xeyli sadələşdirilib.

İcazəsini itirənlər üçün sürətli yol

Əvvəllər yaşayış icazəsi olub, lakin işini itirən və ya digər səbəblərlə icazəsini itirən şəxslər üçün geri dönüş prosesi uzun və mürəkkəb idi. Yeni qayda bu prosesi xeyli sürətləndirir.

Əvvəllər miqrantlardan tam zamanlı bir illik iş müqaviləsi tələb olunurdu. Yeni qaydada isə həftədə 20 saat işləyən müqavilələr də qəbul ediləcək və bir neçə işverəndən alınan müqavilələrin cəmi keçərli sayılacaq.

Bundan əlavə, tələbə vizəsi ilə İspaniyada olan şəxslər təhsil bitdikdən sonra avtomatik iş icazəsi əldə edə biləcəklər.

İqtisadi məqsəd

Hökumət bu addımın arxasında yalnız sosial yardımlar deyil, vergi və sığorta toplama məqsədini də qoyub. Təxminən 300–500 min qanunsuz miqrantın rəsmi iqtisadi sistemə daxil edilməsi hədəflənir.

Müraciət şərtləri

Həm İspaniyada, həm də öz ölkəsində cinayət vərəqəsinin olmaması vacibdir.

Sosial Kök Salma (2 illik) üçün yerli idarədən “cəmiyyətə uyğunlaşdığına dair rəyi” təqdim etmək tələb olunur.

Siyasi müzakirələr

Qərar İspaniya Parlamentində sərt müzakirələrə səbəb olub. Sol koalisiya hökuməti bunu insani və iqtisadi zərurət kimi təqdim edir, sağ müxalifət isə bunun qanunsuz miqrasiyanı təşviq edə biləcəyini iddia edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki