İsrail İraqda gizli baza qurdu? – ABŞ mətbuatından qalmaqallı iddia

ABŞ mətbuatı İsrailin İrana qarşı mümkün əməliyyatlarda istifadə etmək məqsədilə İraqın qərb səhrasında iki gizli hərbi məntəqə yaratdığını iddia edib.

Referans Media xəbər verir ki, bu barədə "The New York Times" nəşrində yayımlanan materialda bildirilib.

Məlumata görə, sözügedən gizli məntəqələr 2025-ci ilin iyun ayında İsrail və İran arasında baş verdiyi iddia olunan 12 günlük müharibə zamanı da istifadə olunub.

Nəşrin regional və iraqlı mənbələrə istinadən yaydığı xəbərdə qeyd olunur ki, İraqın Nuhayib bölgəsi yaxınlığında çobanlıq edən 29 yaşlı Əvvad əl-Şammari adlı şəxs təsadüfən gizli hərbi obyektə rast gəlib.

İddialara əsasən, Şammari gördükləri barədə İraq hərbi qurumlarına məlumat vermək istəyərkən helikopter hücumuna məruz qalıb və həyatını itirib.

Məqalədə bildirilir ki, İsrail qüvvələri bu məntəqələrin yaradılmasına 2024-cü ilin sonlarından hazırlaşmağa başlayıb. İraqın qərb səhrasında daha bir gizli hərbi məntəqənin olduğu da iddia edilir.

Xəbərdə həmçinin qeyd olunur ki, ABŞ administrasiyası həmin obyektlərin mövcudluğu barədə əvvəlcədən məlumatlı olub.

İraqlı general Ali el-Hamdani isə ordunun çobanın hadisəsindən bir müddət əvvəl bölgədə İsrailin mümkün fəaliyyəti ilə bağlı şübhələrinin yarandığını bildirib.

Hazırda Nuhayib yaxınlığındakı məntəqənin aktiv olmadığı iddia olunsa da, digər gizli bazanın vəziyyəti barədə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki