İsrail ordusu bu hücuma görə bir neçə generalı işdən çıxardı

İsrail ordusu 2023-cü ilin oktyabrında baş verən hücumun qarşısını ala bilmədiklərinə görə üç generalın vəzifədən uzaqlaşdırıldığını və bir neçə yüksək rütbəli zabitə qarşı intizam tədbirlərinin görüldüyünü açıqlayıb.

“Referans MEDİA” bildirir ki,  bu addım, hökumətin ictimai təzyiqələrə və dövlət araşdırma komissiyasının yaradılmasını gecikdirməsinə baxmayaraq, İsrail Müdafiə Qüvvələrinin (IDF) yeni Baş Qərargah rəisi Eyal Zamirin hücuma səbəb olan uğursuzluqlarla bağlı “sistemli araşdırma” çağırışından iki həftə sonra atılıb.

İşdən çıxarılan generalların siyahısına üç diviziya komandiri daxildir ki, onlardan biri əvvəllər hərbi kəşfiyyat rəisi vəzifəsində çalışıb. İşdən çıxarılma hər üç şəxsin artıq tutduğu vəzifədən istefa verməsindən sonra baş verib.

Bazar günü yayılan hərbi bəyanatda deyilir ki, hər üç general hücumun qarşısını ala bilmədiklərinə görə şəxsi məsuliyyət daşıyır.

Dəniz və hava qüvvələri rəisinə qarşı da intizam tədbirləri elan edilib, digər dörd general və bir neçə yüksək rütbəli zabitə qarşı tədbirlər görülüb.

Referans MEDİAXəqani Əzizli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki