İsrail Somalilendin müstəqilliyini tanıyan ilk ölkə oldu

İsrailin Baş naziri Benyamin Netanyahu Somalilendi müstəqil və suveren dövlət kimi rəsmi surətdə tanıdığını elan edib.

Referans Media xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanası bəyanat yayıb.

Bəyanat görə, Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilendin prezidenti Abdirahman Mohamed Abdullahi ilə birgə bəyannamə imzalayıb.

İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə Somalilendlə əlaqələrini dərhal genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, Somalilend 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib. Dünya birliyi Somalilendi Somalinin bir hissəsi kimi tanıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki