İsrail–Suriya arasında ortaq mexanizm: ABŞ detalları açıqladı

ABŞ Dövlət Departamenti İsrail və Suriya arasında “ortaq kommunikasiya mexanizmi”nin yaradıldığını bəyan edib.

Referans Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin ABŞ, İsrail və Suriyanın imzaladığı razılaşma ilə bağlı yaydığı açıqlamada bildirilib ki, İsrail və Suriyanın yüksək səviyyəli rəsmiləri ABŞ-ın himayəsi ilə Parisdə bir araya gələrək iki ölkə arasındakı münasibətlərə dair məsələləri müzakirə ediblər.

Birgə açıqlamada qeyd olunub ki, bu çərçivədə tərəflər kəşfiyyat məlumatlarının paylaşılması, hərbi gərginliyin azaldılması, diplomatik münasibətlər və ticarət imkanları üzrə ABŞ-ın nəzarəti altında təcili və davamlı koordinasiyanı asanlaşdırmaq məqsədilə ortaq kommunikasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər.

Açıqlamada vurğulanıb ki, sözügedən mexanizm istənilən anlaşılmazlığın dərhal həll edilməsi və yanlış anlaşmaların qarşısının alınması üçün platforma rolunu oynayacaq.

Bildirilib ki, bu birgə bəyanat keçirilən mühüm görüşün ruhunu və tərəflərin gələcək nəsillərin rifahı naminə münasibətlərində yeni bir səhifə açmaq əzmini əks etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki