İsrail İranın mümkün hücumuna qarşı yeni müharibəyə hazırlaşır. İranın son müharibədə göstərdiyi dözümlülük, Rusiya və Çindən aldığı dəstək və ABŞ Prezidenti Donald Trumpın digər böhranlarla məşğul olması Tel Avivdə narahatlığı artırır.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, “Israel Hayom” qəzetində yayımlanan xəbərə görə, İsrail İranın “qisasa-qisas” sanksiyaları altında reaksiya olaraq ölkəyə hücum edə biləcəyini hesab edir.
Qəzet bu ehtimalı üç əsas amillə izah edir: İranın keçmiş müharibədə qazandığı uğurlar, Rusiya və Çindən aldığı texniki və hərbi dəsdək, həmçinin ABŞ-nin bu dəfə kifayət qədər dəstək verə bilməməsi.
Mənbəyə görə, keçmiş müharibədə İsrail ilk hücumu həyata keçirsə də, ciddi zərər alıb və qarşı tərəfə eyni zərəri verə bilməyib. İranın vacib liderləri və nüvə alimləri öldürülmüş olsa da, Tehran bu itkiləri sürətlə kompensasiya edib və indi müharibə ehtimalı daha da artır.
İran mətbuatı, xüsusilə “Press TV”, İsrailin “işi bitirmək üçün” İranı hədəf aldığını iddia edir. İsrail Baş naziri Binyamin Netanyahunun “gələn il, xüsusilə İran məsələsində İsrail təhlükəsizliyi üçün yeni bir il olacaq” ifadələrinə istinad edən “Press TV”, Netanyahu hökumətinin yeni müharibəyə hazırlaşdığını yazır.
Eyni zamanda, Tehran ballistik raket sınaqlarını sürətləndirir və hərbi investisiyaları artırır. “Press TV” vurğulayır ki, bu addımlar İranın təhlükəsizliyi üçün zəruridir.Ekspertlər bildirir ki, İran ya “təhlükə hiss edərək”, ya da “sanksiyalardan dolayı sıxışdırıldığını düşünərək” hərəkət edə bilər.
