“Hizbullah” hərəkatının “Ridvan” xüsusi təyinatlı bölməsinin komandiri Əhməd Qalib Ballut öldürülüb.
Referans Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, o, Livanın paytaxtı Beyrut yaxınlığında öldürülüb.
İsrail ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində “Hizbullah”ın kəşfiyyat qurumunun rəhbəri Məhəmməd Əli Bazzi və hava hücumundan müdafiə qüvvələrinin komandiri Hüseyn Həsən Romani də öldürülüb.
