ABŞ prezidenti Donald Tramp İsrailin Fələstinə qarşı siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.
Referans Media xəbər verir ki, bu barədə “Axios” saytı məlumat yayıb.
Bildirilib ki, Tramp İsrailin Qərb Şəriyə üzərində nəzarətini artırmaq məqsədi daşıyan son addımlarını şərh edib.
“Mən ilhaqın əleyhinəyəm. Hazırda düşünməli olduğumuz kifayət qədər şey var. Qərb Şəriyə məsələsi ilə məşğul olmağa ehtiyacımız yoxdur”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti işğal olunmuş Qərb Şəriyəsində planlaşdırma və tikinti səlahiyyətlərini artıran bir sıra qərarları təsdiqləyib. Ekspertlər bu addımları faktiki ilhaq kimi tənqid edir./Publika.az
