Fransız jurnalist Renaud Girard İsrailin Türkiyə ilə bağlı mümkün addımlarına sərt reaksiya verib.
Referans Media xəbər verir ki, Fransanın LCI kanalında yayımlanan proqramda çıxış edən keçmiş İsrail hərbi kəşfiyyat zabiti Rafael Yerusalmi İrandan sonra Türkiyə və Qətərin də hədəf ola biləcəyinə eyham vurub.
Bu açıqlamaya münasibət bildirən Girard “Türkiyə ilə oynamayın, nəticəsi ağır olar” deyib.
Fransız jurnalist İsrail rəhbərliyini təkəbbür və həddindən artıq güc nümayişində ittiham edərək bunun İsrail üçün pis nəticələnəcəyini bildirib:
“Burada keçmiş bir İsrail kəşfiyyat zabitinin Türkiyənin başını qoparmaqdan danışdığını görürük. Mənim Türkiyə ilə xüsusi yaxınlığım yoxdur. Amma bu, İsrail rəhbərliyinin Yaxın Şərqdəki bütün ölkələrə hücum etmək istəyi, təkəbbürü və ifratçılığıdır. Və bunun nəticəsi çox pis olacaq”.
