İstanbul üçün dəhşətli zəlzələ xəbərdarlığı: Zəlzələ mütəxəssisi “Hazır olun” dedi

ABŞ-ın New York Times qəzetində dərc olunan və Science jurnalında yayımlanan araşdırmaya əsaslanan material İstanbul üçün zəlzələ riskini yenidən gündəmə gətirib.

Referans Media xəbər verir ki, zəlzələ üzrə mütəxəssis professor Dr. Osman Bektaş “Hazır olun” çağırışı ilə İstanbulla bağlı proqnozlarını paylaşıb.

New York Times-da yer alan xəbərdə İstanbulda güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq ictimaiyyətdə narahatlıq yaradıb. Sözügedən araşdırmanın yayılmasından sonra Prof. Dr. Osman Bektaşın sosial şəbəkələrdə verdiyi açıqlama diqqət çəkib.

Bektaşın “İstanbul 7 baldan böyük zəlzələyə hazır olmalıdır” başlıqlı paylaşımından əsas məqamlar:

2004-cü ildən sonra Əsas Marmara fay xəttinin davranışı ilə bağlı artan elmi məlumatlar “tək parça üzrə 7-dən böyük zəlzələ modeli”nin “çoxparçalı, 7-dən kiçik zəlzələ modeli”nə doğru dəyişdiyini göstərir. Lakin ən dəqiq proqnozların belə etibarlılıq faizi 60%-i keçmir.

Elmi alqoritmlər təbiətlə tam uyğun gəlmir; zəlzələ parametrləri zaman və məkan baxımından dəyişkəndir.

İstanbulun zəlzələ riski (can və mal itkisi baxımından) zəlzələ təhlükəsindən (zəlzələnin baş vermə ehtimalından) xeyli yüksəkdir.

Xülasə: 2025-ci ildə baş verən M6,2 gücündə zəlzələ və onun nəticələri çoxparçalı qırılma modelini dəstəkləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki