10 noyabrda İstanbulda üç nəfər öldürülüb. Qatil dünən polis tərəfindən saxlanılıb.
Əvvəlcə oteldə 27 yaşlı Melisa Kölekçini öldürən şəxs, daha sonra isə çöldə avtomobildə gözləyən Emre Güçlü və Emrah Yılmazı qətlə yetirib. Şübhəli 32 yaşlı Hakan K., dünən saxlanılıb.
Referans MEDİA xəbər verir ki, şübhəli araşdırma aparıldıqdan sonra məhkəməyə göndəriləcək.
