İstehsalı rekord vurdu – artım 13 dəfəni keçdi

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat təşkil edib.

Referans Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 8,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 13 milyard kub metr təşkil edib.

Hesabat dövründə 398,9 milyon manatlıq metal filizlər hasil edilib. Bundan 9 013,2 ton mis konsentratı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə çoxdur.

Bununla yanaşı, dövr ərzində 1 304,8 kq qızıl, 826 kq gümüş istehsal edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki