Qış fəslində müşahidə olunan anomal istilər nə ilə bağlıdır və yaxın günlərdə hava necə dəyişəcək?
Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, hazırda ölkə ərazisinə Atlantik siklonların isti sektorlarının təsiri nəticəsində cənub-qərbdən qızğın hava kütlələri daxil olub.
Onun sözlərinə görə, bunun nəticəsində respublikanın bir çox bölgələrində anomal isti hava şəraiti müşahidə olunur. “Qubada hətta fevralın 16-da 27 dərəcə isti qeydə alınıb. Ayın 19-dək kəskin istilər davam edəcək. Həmin günlərdə temperaturun iqlim normasından 10-15 dərəcə və hətta daha çox yüksək olacağı gözlənilir”, – deyə meteoroloq qeyd edib.
Cavidan Əliyev vurğulayıb ki, ayın 20-dən etibarən siklonların soyuq cəbhələri ölkə ərazisinə daxil olacaq və temperaturun yenidən enməsi proqnozlaşdırılır.
Gülnaz Abdullazadə
