İstilik sisteminə görə sayğacların quraşdırılmasına başlandı

  Bu il 60 ədəd istilik sayğacı alınıb.

Referans.az bildirir ki , bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Qurumdan qeyd olunub ki, onlar pilot layihə çərçivəsində Nizami rayonundakı bəzi binalarda quraşdırılır.

Bildirilib ki, layihə hələlik yalnız bina səviyyəsində tətbiq olunur və mənzillərə ayrıca sayğaclar qoyulmur:

 “Hazırda ödənişlər bu sayğaclarla hesablanmır. Gələcəkdə əhali istehlakçı qrupu üçün sayğacların “Azəristiliktəchizat” ASC və ya dövlət tərəfindən təmin edilməsi, qeyri-əhali qrupu, yəni müəssisələr üçün isə sayğacların onların öz vəsaiti hesabına alınması planlaşdırılır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki