İsveçrə ABŞ-la bağlı elə bir qərar verdi ki… – Səbəb İrandır

İsveçrə hakimiyyəti ABŞ-a silah və hərbi texnika ixracını müvəqqəti olaraq dayandırıb. Qərarın ölkənin neytrallıq prinsipinə sadiqliyi ilə bağlı olduğu bildirilib.

Referans Media  xəbər verir ki, məlumata görə, qadağa yalnız ABŞ-a deyil, İran ilə münaqişədə iştirak edən bütün ölkələrə şamil olunur.

İsveçrə hökuməti qeyd edib ki, Yaxın Şərqdə vəziyyət sabitləşənədək hərbi təyinatlı məhsulların ixracına icazə verilməyəcək.

“Hazırda ABŞ-a hərbi texnika ixracı mümkün deyil”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, İsveçrə uzun illərdir beynəlxalq siyasətdə neytral mövqeyi ilə seçilir və münaqişə tərəflərinə silah satışı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki