İtkin düşən 9 nəfər ötən gün tapılıb.
Referans Media Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.























