Juninyo “Qarabağ”a buna görə qayıtmayıb – Qurbanov açıqladı

Bizim Juninyonu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb.

Referans Media xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Teleqraf-a açıqlamasında deyib.

Qurbanovun sözlərinə görə, braziliyalı futbolçunun komandaya qayıtması üçün hər hansı addım atılmayıb:

“Mən onun “Sevilya”ya getməsini istəyirdim. Amma “Flamenqo” braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də buna görə oranı seçdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki