image-kadi-bbackend

Kadi də bu siyahıya düşdü

Kadi Borges “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

 

Referans Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

 

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını 40-a çatdırıb.

 

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

 

Qeyd edək ki, Borges “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki