image-kadir-inanirrrbackend

Kadir İnanırdan yeni xəbər var: Son görüntüsü ortaya çıxdı – FOTO

Ötən il beyninə üçüncü dəfə tromb atması nəticəsində əməliyyat olunan və uzun müddətdir müalicəsi davam edən Xalq artisti Kadir İnanırın son vəziyyəti ictimaiyyətə açıqlanıb.

Referans Media xəbər verir ki, yeşilçamın əfsanəvi simalarından olan 76 yaşlı aktyor Kadir İnanır ötən ilin mart ayında insult səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Bildirilmişdi ki, o, huşsuz vəziyyətdə Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Müalicə prosesi müsbət istiqamətdə gedən İnanır, 4 ay davam edən reanimasiya mərhələsindən sonra əvvəlcə adi palataya köçürülüb, daha sonra isə evə buraxılıb. Lakin iyul ayında ağciyərində yaranan infeksiya səbəbilə bu dəfə başqa bir xəstəxanada müalicə altına alınıb. Hazırda fiziki reabilitasiya prosesi davam edən sənətkarın son görüntüsü paylaşılıb.

Kadir İnanırı son olaraq Cümhuriyyət Xalq Partiyasının İstanbul sədri Canan Kaftancıoğlu ziyarət edib. Kaftancıoğlu aktyorla çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq qeyd edib:

“Artıq sevimli Kadir İnanırla şəkil paylaşa bilirik. Həm də ayaq üstə. Bir həkim kimi rahatlıqla deyə bilərəm ki, bu foto Kadir İnanırın əzmi və qətiyyətinin nəticəsidir. O, hər mənada Kadir İnanırdır.”

Usta aktyorun ayaqüstə çəkilmiş fotosu qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub, çoxsaylı bəyənmə və rəylər alıb.

image-kadir-inanir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki