image-kamcatka-1backend

Kamçatkada üç güclü zəlzələ…

Rusiyanın Kamçatka vilayətində 5,8 və 5,4 bal gücündə iki zəlzələ baş verib.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələlərdən biri Petropavlovsk-Kamçatskidən 178 km məsafədə qeydə alınıb və episentri 25,8 km dərinlikdə yerləşib.

İkinci zəlzələ Petropavlovsk-Kamçatskidən 319 km aralıda baş verib, episentri isə 61,5 km dərinlikdə yerləşib.

Zəlzələlərin nəticəsində dağıntı və xəsarət barədə məlumat verilməyib.

X X X

Rusiyanın Kamçatka vilayəti sahillərində 4,9 bal gücündə zəlzələ olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 486 km məsafədə yerləşib, hiposentrin dərinliyi isə təxminən 27,5 km təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki