Karapetyan həbsdə qaldı

  İş adamı, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyan Ermənistan məhkəməsinin qərarı ilə həbsdə qalacaq.Referans xəbər verir ki, bu barədə biznesmenin vəkili Aram Vardevanyan məlumat yayıb.

Vəkil bidlirib ki, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyib.

Xatırladaq ki, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunan Karapetyan iyunda 2 ay müddətinə həbs edilib. Ötən ay məhkəmə onun həbs müddətini daha 2 ay uzadıb.  /publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki