Keçmiş MTN-in məşhur generalı azadlığa buraxıldı

  2021-ci ilin aprelində həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı olmuş Nizami Şirinov azadlığa buraxılıb.

Referans.az  xəbər verir ki, o, oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, məhkəmənin qərarları ilə Nizami Şirinovun rütbəsi alınıb. Nizami Şirinov səkkiz il azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi cəzanı altı ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki