Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi

  Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib.

Referans-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, polkovniki Vüqar İsmayılov bir neçə ay Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə çalışıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki