Kim Çenin 13 yaşlı qızına da vəzifə verildi

Şimali Koreya lideri Kim Çen İnın 13 yaşlı qızı Cu E Şimali Koreyanın Raket Administrasiyasında rəhbər vəzifəyə təyin edilib.

Referans Media  xəbər verir ki, bu barədə “UNN” məlumat yayıb.

Bildirilir ki, Cu E artıq generallardan təlimat alır və bəzi hallarda əmrlər verir.

Bu vəzifəyə təyinat onu Koreya Xalq Ordusunun komandanlığını gələcəkdə öz üzərinə götürməyə hazırlamaq məqsədi daşıyır.

Uzun müddətdir Cu E Kim Çen İnı müxtəlif ictimai tədbirlərdə, o cümlədən raket sınaqları keçirilən obyektlərdə müşayiət edir.

Mütəxəssislər hesab edirlər ki, bu addım hakim ailədə kişi varislərə üstünlük verilməsi ənənəsindən mühüm uzaqlaşma kimi qiymətləndirilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki