Kim Çen İn Cənubi Koreya ilə sərhəddə yerləşən hərbi birliklərin gücləndirilməsi barədə göstəriş verib.
Referans Media xəbər verir ki, Kim ordu komandanları ilə keçirdiyi genişmiqyaslı toplantıda sərhəd xəttinin “aşılmaz qala”ya çevrilməsi məqsədini vurğulayıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına əsasən, iclasda orduya bağlı çoxsaylı bölmə və briqada komandirləri iştirak edib. Təxminən yüzlərlə yüksək rütbəli hərbçinin qatıldığı görüşdə sərhəd bölgəsində artan hərbi aktivlik diqqətə çatdırılıb.
Kim Çen İn çıxışında Cənubi Koreyanı “əzəli düşmən” adlandıraraq ordudan daim yüksək hazırlıq vəziyyətində olmağı tələb edib. O, həmçinin ön xətt bölmələrində müasir hərbi texnologiyaların tətbiqinin vacibliyini qeyd edib.
Bundan əlavə, Şimali Koreya lideri yeni hərbi təlim və modernizasiya proqramının həyata keçiriləcəyini də açıqlayıb.
