Kişi boşanmaq istəyən arvadını ARMATURLA DÖYDÜ

  Gəncə şəhərində qadın küt alətlə döyülüb.

Referans.az  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İlahə Məmmədova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. O, həyat yoldaşından boşanmaq istədiyini bildirib və nəticədə həyat yoldaşı onu armaturla döyüb. Hadisə zamanı qadın baş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. (Oxu.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki