Kişinin meyiti qardaşının həyətindən tapıldı

Qazaxda evin həyətində kişi meyiti tapılıb.

Referans Media  xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki