Kiyevdəki səfirliyimiz yenə ZƏRBƏ aldı – Təsadüf, yoxsa...

Xəbər verildiyi kimi, mayın 24-də Rusiya ordusunun Ukraynaya raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib. Səfirliyin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb. Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb. Maraqlıdır ki, Kiyevdə başqa heç bir səfirlik zədə almayıb.



Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.

Bəs bu dəfə rəsmi Bakının olaya reaksiyası nə olacaq? Olmalıdırmı?

Referans Media  xəbər verir ki ,Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, 24 mayda Kiyevə həyata keçirilən dron və raket hücumları müharibə başlanandan bəri ən böyük hücumlar kimi yadda qalacaq. “Belə ki, bu hücumlarda 600 dron və 90 raket istifadə olunub. Kiyevdə 40-dan artıq hədəfə zərbələr endirilib, ciddi dağıntılar, yaralananlar və ölənlər var. Bu dəfə Azərbaycanın səfirliyi ciddi ziyan görməsə də müəyyən zərərə məruz qalıb. Bu, beynəlxalq konvensiyalara zidd hadisədir”, - deyə ekspert vurğulayıb.



Onun sözlərinə görə, bu hadisə də böyük ölçüdə təsadüf deyil: “Çünki Rusiya steblişmentində və mediasında Azərbaycan-Ukrayna əlaqələrinə necə qısqanclıqla və qəzəblə yanaşıldığının yaxşı bilirik. Keçən ay Ukrayna prezidentinin Azərbaycana səfəri Rusiya tərəfindən heç də məmnunluqla qarşılanmayıb. Səfirliyimizin yaxınlığına zərbə endirilməsini təsadüf adlandırsalar da, hesab edirəm ki, bu, təsadüfdən çox qəsdən törədilmiş hadisə kimi qiymətlənidirlməlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiyaya Kiyevdəki səfirliyimizin koordinatları verilib”.

Bununla belə, O.Qasımov rəsmi Bakının rəsmi nota verməsinə ehtiyac görmür, çünki Rusiya ilə münasibətlər normallaşmaqdadır: “Şübhəsiz ki, Xarici İşlər Nazirliyi publik olmayaraq öz narahatlığını qarşı tərəfə çatdırmalıdır və yəqin ki, izahat istəyəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki