Kiyevə hava hücumu – Ölən və yaralananlar var

Rusiya ordusu noyabrın 29-na keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu həyata keçirib.

Referans Media xəbər verir ki, Rusiyanın Ukraynanın Kiyev vilayətinə və paytaxta hücumu nəticəsində 1 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Bu barədə Kiyevin şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko və Kiyev meri Vitali Kliçko bildirib.

Məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatlarının Svetoşin rayonuna hücumu nəticəsində 1 nəfər ölüb.7 nəfər yaralanıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Brovar rayonunda isə 2 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki