Klub prezidenti açıqladı: 12 milyon avro ilə güclü heyət qurulur

TFF 1-ci Liqaya yüksələn "Bursaspor" klubunun yeni mövsüm üçün transfer büdcəsi açıqlanıb.

Referans Media xəbər verir ki, klub prezidenti Enes Çelik jurnalistlərə açıqlamasında komandanın transfer və ümumi xərclər üçün 12 milyon avroluq büdcə ayırdığını bildirib.

Onun sözlərinə görə, bu məbləğ futbolçuların maaşları, transfer xərcləri, hazırlıq düşərgəsi və digər klub xərclərini əhatə edəcək.

Enes Çelik qeyd edib ki, komanda 5 yeni futbolçu transfer etməyi planlaşdırır və artıq 1 əcnəbi futbolçu ilə razılıq əldə olunub. Daha 2 oyunçu ilə danışıqların isə son mərhələdə olduğu bildirilib.

Klub rəhbəri həmçinin 7 futbolçu ilə yolların ayrılmasının gündəmdə olduğunu açıqlayıb və ayrılıqların klub mədəniyyətinə uyğun şəkildə həyata keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Bursaspor yeni mövsümdə həm heyəti gücləndirməyi, həm də qısa müddətdə Super Liqa hədəfinə doğru irəliləməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki