Referans Media xəbər verir ki, bunu müğənni Nura Suri bildirib. O, yaxşı əməllərinə görə özü ilə qürur duyduğunu qeyd edib:
“Həmişə öz üzərimdə çalışmışam ki, yaxşı və vicdanlı insan olum. Etdiyim hər yaxşı əmələ görə bu gün özümlə qürur duyuram. Mərhəmətli, ədalətli və vicdanlı insan olduğumu özüm bilirəm. Düşünürəm ki, bu xüsusiyyətlərim mənfi tərəflərimin üzərindən xətt çəkir”.
Müğənni “Nağıl” adlı yeni mahnısını da sabah dinləyicilərinə təqdim edəcəyini qeyd edib. (Axşam.az)























