Formula 1 “Mercedes” komandası rəhbəri Toto Volf öz səhmlərinin bir hissəsini sataacaq.
Referans.az xəbər verir ki, Volfun komandada 33% payı var. Sportico-nun məlumatına görə, o, 10%-dən az səhmi satacaq, lakin onların dəyəri “Mercedes”in ümumi qiyməti olan 6 milyard dollar üzrə hesablanacaq.
Bu, Formula 1 komandalarının dəyəri üçün rekord göstəricidir; əvvəlki rekord “Meklaren”ə (4,7 milyard dollar) məxsus idi.
53 yaşlı Volf səhmlərin bir hissəsini satandan sonra da “Mercedes”in rəhbəri olaraq qalacaq. Mətbuatın məlumatına görə, 2024-cü ildə o, həm əmək haqqı, həm də dividendlər üzrə 50 milyon dollardan çox gəlir əldə edib.//Publika.az
