Komandası lideri yendi, Renat Dadaşov isə…

Polşa Ekstraklassasında 26-cı turun oyunları keçirilir.

Referans Media Fanat.Az-a istinadən  xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun kimandası “Motor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv öz meydanında çempionatın lideri “Zaqlebie” 1:0 hesabı ilə yenib.

“Motor”a 3 xal qazandıran yeganə qolu görüşün 52-ci dəqiqəsində Mbaye Ndiaye vurub. Dadaşov cəzalı olduğu üçün görüşü kənardan izləyib.

Son 5 turda dördüncü qələbəsini qazanan “Motor” xallarının sayını 37-ə çatdıraraq turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası liderdən cəmi 4 xal geri qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki