Koronavirusun kişilərə vurduğu zərbə: Gələcək övladlarının…

  Alimlər ilk dəfə sübut ediblər ki, kişinin COVID-19 infeksiyasına yoluxması onun gələcək övladlarının psixi sağlamlığına təsir göstərə bilər.Referans  xəbər verir ki, bu barədə “Cell Reports Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.

Tədqiqat zamanı məlum olub ki, SARS-CoV-2 virusundan sağalmış erkək siçanların nəslində narahatlıq əlamətləri və beyin funksiyalarında dəyişikliklər müşahidə olunub.

Alimlər virusun spermadakı RNT-nin strukturuna, xüsusilə də genlərin tənzimlənməsində rol oynayan kodlaşdırıcı olmayan kiçik RNT-lərə təsir etdiyini müəyyənləşdiriblər. Onlar bu dəyişmiş molekulları süni şəkildə mayalanmış yumurtalara daxil etdikdə, alınan nəslin davranış xüsusiyyətləri yoluxmuş erkəklərdən doğulan siçanların davranışına bənzəyib.

Mütəxəssislərin fikrincə, nəticələr COVID-19 infeksiyasının gələcək nəsillərə ötürülə bilən epigenetik təsirlər yarada biləcəyini göstərir. Alimlər indi oxşar dəyişikliklərin koronavirusdan sağalmış insanlarda müşahidə olunub-olunmadığını və bu təsirlərin nə qədər davam etdiyini müəyyənləşdirməyi planlaşdırırlar.  //publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki