backend

Kreml daxilində gizli sənəd: Rusiya “qabıq dəyişiminə” gedir?

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak prezident Vladimir Putinə ölkə miqyasında köklü dəyişikliklər nəzərdə tutan konseptual sənəd təqdim edib. Layihə iqtisadi və məhkəmə islahatlarını, güc strukturlarında struktur dəyişikliklərini, eləcə də genişmiqyaslı amnistiyanı əhatə edir.

Referans Media xəbər verir ki, RBC layihənin həqiqiliyini təsdiqləyib. Məlumata görə, sənəd 2025-ci ildə Kreml daxilində qapalı müzakirə predmeti olub və bir neçə siyasi mərkəzdə ciddi rezonans doğurub.

Sənədin ideoloji bazası Qərb demokratiyalarının buraxdığı strateji səhvlərin təhlili əsasında formalaşdırılmış “yenilənmiş demokratik model” kimi təqdim olunur. Mənbələr bildirir ki, Kozakın planı mövcud idarəetmə sistemində institusional yorğunluğu aradan qaldırmaq, hüquqi mexanizmləri yeniləmək və daxili sosial-siyasi gərginliyi azaltmaq məqsədi daşıyır.

Hazırda planın rəsmi status alıb-almayacağı və Putinin bu təşəbbüsə hansı formada reaksiya verdiyi açıqlanmır. Lakin sənəd artıq Kremlin daxilində post-krizis dövrü üçün mümkün yol xəritəsi kimi qiymətləndirilir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki