Kreml təşvişdə: NATO-nun 5-ci maddəsi işə düşə bilər

  “NATO PUA insidentlərinə görə Rusiyaya qarşı hərbi addım ata bilər”.

Referans.az   xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ukrayna NATO-nun bir hissəsi olmadığı üçün hərbi blok 2022-ci ilin fevralında 5-ci maddəni işə sala bilmədi. Lakin ekspertlər uzun müddətdir ki, Alyansın şərq cinahında yerləşən qonşu ölkələrlə bağlı xəbərdarlıq edirlər. Bu da NATO-nu hərbi əməliyyatlara məcbur edə bilər”, – deyə nəşr yazıb.

 Bundan əvvəl Estoniya Rusiya qırıcılarının müdaxiləsinə görə Alyans Nizamnaməsinin 4-cü maddəsinə əsasən müttəfiqlərinə müraciət etmişdi.

Qeyd edək ki, Şimali Atlantika Alyansının 5-ci maddəsinə əsasən, istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücumdur./globalinfo  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki