Kreml: Ukrayna qərar verənə qədər “xüsusi hərbi əməliyyat” davam edəcək

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının qapısı açıqdır.

Referans Media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Ukrayna məsələsi ilə bağlı Rusiyanın mövqeyi bəllidir, bunu amerikalılar və ukraynalılar bilirlər:

“Sülh yolu ilə həllin qapısı açıqdır. Ukrayna qərar verənə qədər “xüsusi hərbi əməliyyat” davam etdiriləcək”.

Kreml sözçüsü Əbu-Dabidəki yeni danışıqların nəticələri barədə məlumat verməyi planlaşdırmadıqlarını da əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki