Kriminal Bakıda qadın sevgilisinin qətlinə görə saxlanıldı

  Bakıda qətl hadisəsi baş verib.

Referans   APA-ya istinadən bildirir ki, hadisə avqustun 19-da gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

 Araşdırmalar aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki