Kripto valyutalar kəskin dəyər itirir. Dünyanın aparıcı investisiya banklarından biri olan “Standard Chartered”in xəbərdarlığı və “CoinBase”in zəif maliyyə göstəriciləri bazarda narahatlığı artırıb.
Referans Media xəbər verir ki, “Bitcoin” 2024-cü ildən etibarən əldə etdiyi bütün qazancını itirib. Son payızda 126 min dollar səviyyəsinə çıxan “Bitcoin”, hazırda 66 min dollardan satılır. Ən böyük ikinci kripto valyuta “Ethereum” isə 2 min dolların da altına enərək 1,928 dollardan ticarət olunur.
Yaşanan eniş “CoinBase”in gəlirlərində 20%-dən çox azalmaya səbəb olub. Kripto bazarının ümumi dəyəri isə artıq 2,27 trilyon dollara qədər geriləyib.
Sərmayəçilər bazardakı bu kəskin düşüşdən narahatdır və ekspertlər yaxın gələcəkdə daha çox dalğalanma ehtimalına diqqət çəkirlər.
