Küçədə yıxılıb xəsarət alan kişi öldü

  Göygöl rayonunda küçədə yıxılan kişi vəfat edib.

Referans.az  xəbər verir ki, sentyabrın 29-u saat 10 radələrində Göygöl şəhəri S.Hacıyev küçəsində şəhər sakini 1962-ci il təvəllüdlü Zahid Abbasov yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarət nəticəsində ölüb.

 Faktla bağlı araşdırma aparılır. Qafqazinfo  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki