Külək məşhur biznes mərkəzinin fasadını qopardı – VİDEO

Bakıda gecə saatlarından başlayan güclü külək paytaxtın bir sıra ərazilərində təhlükəli vəziyyətə səbəb olub.

Referans Media Bakupost.az-a istinadən xəbər verir ki, külək Babək prospektində yerləşən “Babək Plaza” Biznes Mərkəzinin fasadına ziyan vurub.

Belə ki, küləyin təsiri nəticəsində biznes mərkəzinin fasadının bir hissəsi qoparaq yerə düşmə riski yaradıb.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki