Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qurumdan Referans Media-ya verilən məlumata görə, mayın 29-u axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək:

"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m. sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki