Latviyanın Baş naziri Evika Silina oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi istefa verdiyini açıqlayıb.
Onun istefasından sonra koalisiya hökumətinin dağıldığı bildirilib. Məlumata görə, ölkə prezidenti Edgars Rinkēvičs yeni baş nazirin müəyyənləşdirilməsi üçün parlamentdə təmsil olunan partiyalarla görüş keçirəcək.
