Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukrayna üçün 28 maddəlik sülh planının yeddi əsas müddəasını faktiki olaraq rədd edib.
Referans Media xəbər verir ki, buraya, xüsusən də cəbhə xəttinin dondurulması, Zaporojye Atom Elektrik Stansiyası üzərində MAQATE-nin nəzarəti, Ukrayna üçün təhlükəsizlik zəmanətləri və suverenliyinin təsdiqlənməsi daxildir.
ISW-nin məlumatına görə, Moskva bunun əvəzinə NATO-nun genişlənməsinə və hərbi mövcudluğuna məhdudiyyətlər qoyulmasını tələb edən 2021-ci ilin dekabr ultimatumlarına qayıtmağı təklif edir.
Analitiklər qeyd edirlər ki, Lavrovun “irəliləyiş” və ABŞ ilə fikir ayrılıqlarının həlli ilə bağlı açıqlamalarına baxmayaraq, Kremlin 2025-ci il danışıqları ilə bağlı mövqeyi dəyişməyib.
