Lənkəranda torpaq sürüşməsi baş verib.
Referans Media “Report.az”a istinadən xəbər verir ki, rayonun sürüşmə Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda baş verib.
Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Son günlərin intensiv yağıntıların səbəbindən baş verən çökmə və sürüşmə getdikcə aktivliyini daha da artırır. Və daha ciddi fəsadların ola biləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir























