image-mikroavtobackend

Lerikdə mikroavtobus aşdı – 1 ölü, 4 yaralı

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Referans-ın məlumatına görə, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

İlkin məlumata əsasən, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki