Vəkil Çağrı Çetin, jurnalist Levent Gültekinin saxlanıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, Çağrı Çetin sosial şəbəkə hesabında paylaşdığı məlumatda, “Müvəkkilim Levent Gültekin saxlanılıb” ifadəsini işlədib. Bildirilib ki, Gültekin gecə saat 01:20 radələrində Bebekdə bir kafedə oturduğu zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Levent Gültekinin Vətən Təhlükəsizlik İdarəsinə aparıldığı, ifadəsinin isə sabah Kibercinayətkarlıq Şöbəsində alınacağı öyrənilib.






















