Liviyanın şimal-şərqindəki səhrada 5 gündür itkin düşən Mərvan əl-Bəhici xilasetmə qrupları tərəfindən nasaz vəziyyətdə olan avtomobilinin yanında sağ tapılıb.
Liviya səhrasında 5 gündür itkin düşən gənc sağ tapıldı
Liviya mediasında yayılan xəbərlərə görə, Bəhicinin tapılması üçün 5 gündür davam edən axtarış işləri nəticə verib.
Bildirilib ki, Bəhici Əl-Şara bölgəsinin şərqində yerləşən səhrada xarab olmuş avtomobilinin yanında sağ vəziyyətdə aşkarlanıb.
Gənc liviyalı Bəhicinin tapılması üçün sosial şəbəkələrdə kampaniya başladılmış, axtarış-xilasetmə əməliyyatlarına hərbi helikopter də cəlb olunmuşdu. Əməliyyatlarda xilasedicilər və çoxsaylı könüllülər iştirak edib.
Sosial mediada Bəhicinin xilasetmə qrupları tərəfindən sağ tapıldığı anları əks etdirən görüntülər də paylaşılıb.